Aparat haqqında

apparat2

Təklif etdiyimiz aparatlar 5 yaxud 6 filterli membran sistemə malikdir.

1-ci filtr – zavod şəraitində preslənmiş pambıqdır. Bu filtr suda olan iri həcmli hər bir şeyi- pas, lil, qum, çınqıl və s. özündə saxlayır.  1-ci filterin  məsaməsi 5 mkr bərabərdir. 1 mkr 1 mm 1 / 1000 hissəsidir. 1-ci filter cediment adlanır. Cediment 1 girişi və 1 çıxışı olan deməkdir.

2-ci filtr – xırdaılanmış kömür adlanır. Yəni aktiv karbon. Bu kömür bizim bildiyimiz  adi kömür deyil, kokos ağacının 3000  dərəcə temperaturda qızdırılaraq əldə olunmuş bir versiyasıdır. Bu filter suda olan xloru, qazı, iyi, rəngi, dadı özündə saxlayır.

3-cü filtr – preslənmiş aktiv karbondur. Bu filterin məsaməsi 1 mikrona bərabərdir. Suda olan ağır metalları özündə tutub saxlayır. Məs: dəmir, mis, qurğuşun, civə tullantıları və s.. 3-cü filtrdən su gidrafora ötürülür. Gidrofor 3-6 atmosferlə  işləyir və suyu 4-cü filterə membrana  ötürür.

4- cü filtr – Membran adlanır. Membran ilk dəfə Amerikada NASA kosmik agentliyində, NANO texnologiyası ilə ixtira olunmuşdur. Membran aparatın  ən əsas hissəsidir. Bir növ insandakı böyrək rolunu oynayır. Membran 1-girişi, 2 çıxışı olan deməkdir. 1-ci çıxışdan süzülərək təmizlənmiş  su baka yığılır. 2-ci çıxışdan isə çirkab su kanalizasiyaya axıdılır. Membranın məsaməsi 10 ankstremdir. 1 ank 1mm 1  ∕ 10.000 hissəsidir.

Virusologiya elmindən bizə məlum olduğu kimi ən kiçik parazit virusun ölçüsü 20 ankstremdir. Ancaq insan bədəninə lazım olan mineralların ölçüsü maksimum 6 aknstermdir. Bu minerallar calsium, magnezium, natrium, floriud və s..

Membrandan heç bir parazit virusun və bakteriyanın keçmə şansı yoxdur. İnsan bədəninə lazım olan minerallar isə membrandan asanlıqla keçir. Burada gidrofor suyun membrandan  rahat keçməsinə xidmət edir. Baka su membrandan sonra ötürülür.

Bakda 2-3 lt-lik hava yastığı olur. Burada tutumu dəyişik olaraq 6 lt, 8 lt, 11 lt və s. olur. Bakın içi politelin materialındandır. Üstü isə termositdir. Su bakdan 5-ci filtrə oradan da  krana ötürülür.

5-ci filtr – son aktiv karbondur. Bu filtrin tərkibində 5% gümüş tozu var. Suyun gündəlik dad və təravətini bərpa edir. Adaptor 220v-24v çevirir.