Ağır metallar

chrom2

Alüminium. Zərəri çox yüksək olan bir metal deyil. Ancaq suda yüksək dozada olarsa sinir sisteminə çox böyük zərər verir.

Antimon. Hələ də zərərləri tam şəkildə tapılmasa da ürəyin döyüntülərini pozduğu aşkarlanıb.

Arsenik. Ən çox adı çəkilən ağır metaldır. İçmə sularında hər gün daha da çoxalan arsenik çox böyük təhlükələrə yol açır. Keçmişdə şahzadələr dərilərinin ağarması üçün arsenikdən istifadə edirmişlər. Arsenik bədəndəki enerji istehsalının qarşısını alır. Beləliklə də bədəndəki  qırmızı qan hüceyrələri   partlamağa başlayır. Arsenik həm də bədəndəki  oksigen əldə edilən enerjinin qarşısını alır. Beləliklə bədən 1 qlükoza yandıraraq əldə edəcəyi enerjini 5 qlükoza yandıraraq əldə edir.

Xrom. İnsan bədəni üçün ən zərərli tərəfi qaraciyər xəstəlikləri, immunitetin  zəifləməsidir. Eyni anda xərçəng  xəstəliyi üçün də şərait yaradan ağır metaldır.

Mis. İnsanın bədəni üçün vacib olan elementlərdəndir. Amma normadan çox olması, qaraciyər və beyinə ziyandır.

Barium. Əzələlərin gücsüzləşməsinin, beynin və qaraciyər xəstəliklərinə, ürək döyüntülərinin pozulmasına yol açır.

Civə. İnsanlar üçün ağır bir metaldır.

Kadium. Bədəndə 2 şəkildə olur. 1-ci böyrəklərdə yığılaraq böyrəyin işini pozur. Müxtəlif xəstəliklərə yol açır. 2-cisi isə kalsiumla bərabər sümüklərdə yığılır. Və sümüklərdə kalsiumun yerinə keçdiyi zaman sümüklərin  qırılmasına səbəb olur. Eyni zamanda  sonsuzluğa da səbəb olur. Sinir sisteminə ziyan vurur.

Qurğuşun. Qərbi Roma imperatorluğu  su borularını və daha bir çox şeyi qurğuşundan hazırlamışdır. Uzun illər boyu bədənə yol tapan qurğuşun romalıların sonuna çıxdı. Vaxt keçdikcə qadınlarda  sonsuzluğun əmələ gəlməsinə və doğulan uşaqlarda mental geriliyin olmasına gətirib çıxartdı. Beləliklə bu səbəbdən imperiyanın ağılsızca davranması, imperiyanın  dağılmasına səbəb oldu.

Nikel. Xərçəng xəstəliyinin əmələ gətirmə ehtimalı daha çoxdur.

Platin. Metal olaraq çox ziyanı yoxdur amma duzları çox zərərlidir. Başlıca zərərləri xərçəng, sindirim sistemindəki problemlər və immunitetin zəifləməsidir.

Skandium. Nadir rast gəlinən ağır metaldır. Bədəndə yığılması qaraciyər işinin tam formada görməsinin qarşısını alır.

Bu elementlər suda 1 ppm olarsa öldürücü təsiri var:

1ppm-1mg / l
Hg-civə   zn-sink
Pb-qurğuşun   Cu-mis

Aşağıdakı 8 element çox təhlükəlidir:

Hg-civə
Zn-sink
Pb-qurğuşun
Cd-Kadium
Cr-xrom
Cu-mis
Ni-nikel
Co-kobalt